AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında növbəti dəfə baş tutacaq Media turnirinin püşkatma mərasimi keçirilib. Tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunacaq yarışın püşkatma mərasimi AFFA-nın inzibati binasında baş tutub. Qeyd edək ki, turnirin oyunları həftənin çərşənbə axşamı və çərşənbə günləri saat 20:00 və 21:00-da AFFA-nın həyətindəki süni örtüklü meydanda keçiriləcək. Dairəvi sistemlə (1 dövrə) təşkil olunacaq yarışın yekununda ən çox xal toplayacaq komanda qalib elan olunacaq.
Püşkatmanın nəticələrini diqqətiniz çatırırıq.
1-ci tur
3 oktyabr (çərşənbə axşamı)
20:00 Əşrəfoğlunun Dostları – CBC Sport
21:00 Sportal – Dostluq
4 oktyabr (çərşənbə)
20:00 Zəngəzur – Xəzər
21:00 Dinamo-Bakı – Futbol+
2-ci tur
17 oktyabr (çərşənbə axşamı)
20:00 CBC Sport – Futbol+
21:00 Xəzər – Dinamo-bakı
18 oktyabr (çərşənbə)
20:00 Dostluq – Zəngəzur
21:00 Əşrəfoğlunun dostları – Sportal
3-ci tur
24 oktyabr (çərşənbə axşamı)
20:00 Futbol+ - Xəzər
21:00 Dinamo – Dostluq
25 oktyabr (çərşənbə)
20:00 Zəngəzur – Əşrəfoğlunun dostları
21:00 Sportal – CBC Sport
4-cü tur
31 oktyabr (çərşənbə axşamı)
20:00 CBC Sport - Xəzər
21:00 Dostluq – Futbol+
1 noyabr (çərşənbə)
20:00 Əşrəfoğlunun dostları – Dinamo-Bakı
21:00 Sportal – Zəngəzur
5-ci tur
7 noyabr (çərşənbə axşamı)
20:00 Futbol+ - Əşrəfoğlunun dostları
21:00 Dinamo-Bakı – Sportal
8 noyabr (çərşənbə)
20:00 Zəngəzur – CBC Sport
21:00 Xəzər – Dostluq
6-cı tur
14 noyabr (çərşənbə axşamı)
20:00 CBC Sport – Dostluq
21:00 Əşrəfoğlunun dostları – Xəzər
15 noyabr (çərşənbə)
20:00 Sportal – Futbol+
21:00 Zəngəzur – Dinamo-Bakı
7-ci tur
21 noyabr (çərşənbə axşamı)
20:00 Dinamo-Bakı – CBC Sport
21:00 Futbol+ - Zəngəzur
22 noyabr (çərşənbə)
20:00 Xəzər – Sportal
21:00 Dostluq – Əşrəfoğlunun dostları