İctimai Futbol Təşkilatları İctimai Birliyinün üzvləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və tədris ilinin yekunu ilə əlaqədar Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində tərbiyə alan valideyn himayəsindən məhrum uşaqlarla görüşüb. Tədbirdə təşkilatın rəhbərliyi futbol veteranları Oktay Abdullayev, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov iştirak edib. Görüş zamanı uşaqlara idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub. (2018)