İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkil etdiyi Futbol liqalarının iştirakçıları mütəmadi olaraq AFFA-nın inzibati binasında yerləşən Futbol Muzeyini ziyarət edirlər. Burada Azərbaycan futbolu tarixi ilə bağlı turnir iştirakçılarına məlumatlar verilib, futbol veteranları ilə xatirə şəkilləri çəkdirilib. X Futbol Liqasının qalibləri final oyunu və mükafatlandırılmadan sonra Muzeylə tanış olub və xatirə şəkilləri çəkdirib (2017).