İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFTİB) üzvləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və tədris ilinin yekunu ilə əlaqədar Xətai rayonunda yerləşən "Günəş Evi"ndə tərbiyə alan valideyn himayəsindən məhrum uşaqlarla görüşüb. Tədbirdə İFTİB-nin rəhbəri Elxan Tağızadə, Futbol Veteranları İttifaqının sədri Oktay Abdullayev, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak edib. Görüş zamanı uşaqlara idman geyimləri hədiyyə olunub. (2017)