İctimai Futbol Təşkilatları İctimai Birliyinin üzvləri tələbələrlə sıx əməkdaşlıq çərçivəsində növbəti layihəsini keçirib. Belə ki, Odlar Yurdu universitetində təhsil alan bir qrup tələbə ilə dəyirmi olub. İFTİB-nin üzvləri və qonaqlar əvvəlcə AFFA-nın inzibati binasında yerləşən Futbol Muzeyi ilə tanış olublar. Azərbaycan futbolunun tarixi ilə yaxından tanış olan tələbələrə müxtəlif hədiyyələr təqdim olunub. Daha sonra Birliyin üzvləri və tələbələr arasında dəyirmi masa keçirilib. (2017)