İctimai Futbol Təşkilatları İB-nin daha bir layihəsi paytaxtda yer alan orta təhsil ocaqlarında olub. Belə ki, təşkilatımızın nümayəndələri futbol veteranları və tanınmış futbolçularla birlikdə məktəblilərlə görüşüb. Dəyirmi masa ətrafında Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbdə baş tutan görüşdə Rüstəm Rəhimov, Vəli Qasımov, Musa Qurbanov kimi futbol veteranları iştirak edib. Tədbir zamanı məktəblilər arasında uduşlu viktorinalar keçirilib, qaliblər mükafatlandırlıb.