Qurban bayramı ilə əlaqədar İctimai Futbol Təşkilatları İctimai Birliyinin üzvləri təşkil etdiyi Futbol Liqasının iştirakçıları ilə birlikdə xeyriyyə aksiyası təşkil edib. Belə ki, təşkilatımızın üzvləri Buzovna qəsəbəsində yerləşən 13 saylı uşaq evinin qonağı olub. Tədbirdə İFT-nin rəhbəri Elxan Tağızadə ilə yanaşı Regional Futbol Federasiyasını prezidenti İsgəndər Cavadov və futbol veteranları Asim Xudiyev və Rüstəm Rəhimov da iştirak edib. Həmçinin şirkətlər liqasında iştirak edən komandaların nümayəndələri də layihəyə qatılıb. (2015)