Futbol üzrə beynəlxalq dərəcəli hakim, veteran futbolçu Azad Mütəllimovun yubiley gecəsi keçirilib. Bu səbəbdən Sumqayıtda yerləşən yeni kompleksdə Sumqayıt veteranları ilə “Mütəllimovun dostları” adlanan, şou-biznes nümayəndələri, hakimlər və idman jurnalistlərindən ibarət komanda arasında yoldaşlıq oyunu keçirilib. Görüş veteranlardan ibarət komandanın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra Sumqayıtda yerləşən "Nurlan" şadlıq evində yubiley mərasimi təşkil olunub. Tədbirdə İctimai Futbol Təşkilatları İctimai Birliyinin nümayəndələri də iştirak edib. Yubilyara təşkilatın hədiyyəsi təqdim edilib. (2015)