Hər il olduğu kimi xüsusi günlərlə əlaqədar İctimai Futbol Təşkilatları İctimai Birliyinin əməkdaşları müxtəlif xeyriyyə tədbirləri keçirir. 2015-ci il üçün təşkilatımız 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə AFFA ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin əməkdaşları Novxanı qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb. Tədbirdə  İFTİB-nin əməkdaşları və futbol veteranları iştirak edib. Görüş zamanı  uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

(2015)