AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında təşkil olunmuş "Media turniri-5"də 5-ci tura yekun vurulub. Bu tur "Sportal", "CBC Sport", "Xəzər" və itkisiz irəliləyən "Əşrəfoğlunun dostları" komandası qələbə qazanıb. Nəticələri diqqətinizə çatdırırıq:

 

"Media turniri-5" / 5-ci tur

Dinamo-Bakı – Sportal 0:7

Qollar: Xanoğlan İmanov (2), Sərxan İbrahimoğlu, Anar Əsədov, Mirbağırağa Cəfərli, Ceyhun Rzayev, Etibar Tağıyev.

Zəngəzur – CBC Sport 1:7

Qollar: Səbuhi Həsənov – Rüstəm Əfsərli (3), Firuz Abdulla (2), Asəf Zeynallı, Teymur Maqsudov.

Xəzər – Dostluq 1:0

Qol: Vüsal Yalçınoğlu.

Əşrəfoğlunun dostları - Futbol+ 13:0

Qollar: Səlim Abbasov (8), Rəşad Şükürov (2), Taryel Mustafayev, İbrahim Əhmədov, Fərhad Həsənov.