AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında təşkil olunmuş "Media turniri-5"də 3-cü tura yekun vurulub. Belə ki, turun ilk oyun günündə “Xəzər” və “Dinamo-Bakı” komandaları qələbə qazanıb. Növbəti gün isə “Əşrəfoğlunun dostları” və “CBC Sport” 3 xalı qazanıblar.

 

3-ci tur

31 oktyabr (çərşənbə axşamı)

Futbol+ - Xəzər 1:5

Qollar: Səxavət Qurbanov (avtoqol) / Vüsal Yalçınoğlu (3), Vüqar Səfərli (2).

 

Dinamo-Bakı – Dostluq 3:2

Qollar: Məsim Məsimzadə (3) / Emin Ağa, Kərəməli Heybətov.

 

20:00 Zəngəzur – Əşrəfoğlunun dostları 2:8

Qollar: Rasim Sultanzadə, Samir Məhərrəmov – Səlim Abbasov (6), Çingiz Əhmədov, Taryel Mustafayev.

 

21:00 Sportal – CBC Sport 5:6

Qollar: Mirbağır Cəfəri (2), Xanoğlan İmanov (2), Rüstəm Əfsərli (avtoqol) – Asəf Zeynallı (3), Firuz Abdulla (2), İsmayıl Abdullayev.