AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında növbəti dəfə baş tutacaq Media turnirinin püşkatma mərasimi keçirilib. Tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunacaq yarışın püşkatma mərasimi AFFA-nın inzibati binasında baş tutub.  Qeyd edək ki, turnirin oyunları həftənin çərşənbə axşamı və çərşənbə günləri saat 20:00 və 21:00-da AFFA-nın həyətindəki süni örtüklü meydanda keçiriləcək. Dairəvi sistemlə (1 dövrə) təşkil olunacaq yarışın yekununda ən çox xal toplayacaq komanda qalib elan olunacaq. 

Püşkatmanın ilk turunun nəticələrini diqqətiniz çatırırıq.

1-ci tur

3 oktyabr (çərşənbə axşamı)

20:00 Əşrəfoğlunun Dostları – CBC Sport

21:00 Sportal – Dostluq

4 oktyabr (çərşənbə)

20:00 Zəngəzur – Xəzər

21:00 Dinamo-Bakı – Futbol+