AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında növbəti dəfə baş tutacaq Media turnirinin püşkatma mərasimi keçiriləcək. Tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunacaq yarışın püşkatma mərasimi 29 sentyabr saat 15:00-da AFFA-nın inzibati binasında olacaq. Bütün KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, turnirin oyunları həftənin çərşənbə axşamı və çərşənbə günləri saat 20:00 və 21:00-da AFFA-nın həyətindəki süni örtüklü meydanda keçiriləcək. Dairəvi sistemlə (1 dövrə) təşkil olunacaq yarışın yekununda ən çox xal toplayacaq komanda qalib elan olunacaq.