İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı AFFA-nın dəstəyi ilə dövlət və özəl müəssisələr arasında ənənəvi olaraq sayca “XI Futbol Liqası” təşkil edilib. Liqada 8 komanda qalib adı uğrunda mübarizə aparıb. 3 ay müddətində davam edən Dairəvi sistemdə baş tutan “XI Futbol Liqası”nın qalibi “Azerconnect” komandası olub. Turnirdə “Hyatt Regency Baku” 2-ci, “Medica Hospital” isə 3-cü yeri tutub. Son turun oyunlarından sonra yarışın mükafatlandırma mərasimi keçirilib. Mükafatları  İFTİB-nin prezidenti Elxan Tağızadə, futbol veteranı, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevlə yanaşı, futsal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade, kapitanı Rizvan Fərzəliyev, qapıçısı Rövşən Hüseynli, təcrübəli hücumçu Namiq Məmmədkərimov, komandanın aparıcı üzvlərindən Fineo de Araujo, Tyaqo Teles Martins və Villiams Oliveira Do Nascimento iştirak ediblər. Futzal millimizi dünya çempionatındakı uğurlu çıxışına görə alqışlayan turnir iştirakçıları apreldə Bakıda keçiriləcək Avropa çempionatının əsas mərhələsinin oyunlarında komandamıza uğurlar arzulayıb. Əvvəlcə müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara diplomlar təqdim edilib:

 

Ən yaxşı qapıçı – Ramiz Şahverdiyev (Metak)

Mükafatı təqdim etdi: Rövşən Hüseynli

Ən yaxşı oyunçu - Azad Salmanov (Modern Hospital), Ruslan İbrahimzadə (Hyatt Regency Baku)

Mükafatları təqdim etdi: Rizvan Fərzəliyev, Tyaqo Teles Martins

Ən sərrast futbolçu - Əlisalam Həmidov (Medika Hospital)

Mükafatları təqdim etdi: Villiams Oliveira Do Nascimento

FAİR-PLAY mükafatı - Baku Boulevard Hotel və AZ Sığorta

Mükafatı təqdim etdi: Namiq Məmmədkərimov

Sonda mükafatçı komandalara kubok və diplomlar təqdim edilib:

III yer

Medica Hospital

Mükafatı təqdim etdi: - Biro Jade

II yer

Hyatt Regency Baku

Mükafatı təqdim etdilər: Asim Xudiyev, Fineo de Arajuo

I yer

Azerconnect

Mükafatı təqdim etdi: Elxan Tağızadə